
Bilgəh - Novxanı - Sumqayıt avtomobil yolu
Bilgəh - Novxanı - Sumqayıt avtomobil yolunun tikintisi (km 14,00÷42,00) - 2012
Yolun texniki göstəriciləri və fiziki iş həcmləri:
Yolun ümumi uzunluğu - 28,0 km;
Hərəkət zolağının eni - 3,75 m;
Hərəkət zolaqlarının sayı - 6 zolaq;
Yol örtüyünün ümumi sahəsi - 973 000 m2;
Asfaltbeton örtüyünün qalınlığı - 270 mm;
Torpaq işləri (qazma və tökmə torpaq) - 7 100 000 m3;
Döşənək lay - 393 000 m3;
Qırmadaş qarışığı - 360 000 m3;
Asfaltbeton qarışığı - 631 000 ton;
Körpülərin və yolötürücülərin sayı - 11 ədəd;
Müxtəlif diametrli drenaj boruları - 34 400 pm;
Beton səki daşları - 80 000 pm;
Polad məhəccərlər - 57 000 pm;
Bu yolun tikilməsində əsas məqsəd Abşeron yarımadasının şimal-şərq hissəsindəki yaşayış məntəqələrini Mərdəkan - Bilgəh - Novxanı - Sumqayıt avtomobil yolu vasitəsilə Bakı şəhərinə daxil olmadan Bakı - Quba yolu ilə şimal istiqamətində nəqliyyat əlaqəsini təmin etməkdir. Eyni zamanda bu magistral Bakı - Şamaxı yoluna çıxmaqla Respublikamızın qərb zonası ilə səmərəli və rahat nəqliyyat əlaqəsi qurmağa imkan verəcək.
Tikinti işlərinə 2012-ci ilin may ayında başlanılmış və 2016-cı ildə tamamlanması planlaşdırılır.



