top of page

Haqqımızda

   1993 - 1995-ci illərdə Almaniyanın "WIRTGEN" şirkətinin mütəxəssislərinin köməyilə Bakı Aeroportunda 2 saylı uçuş-enmə zolağının tikintisi müvəffəqiyyətlə həyata keçirildi. 1995-ci il mayın 28-də həmin obyektin açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev məsləhət bildi ki, alman mütəxəssisləri ilə əlaqələr davam etdirilsin. Beləliklə, 1995-ci ildə "AzVirt" Azərbaycan - Almaniya Birgə Müəssisəsi yaradıldı. Sonradan Müəssisənin adı dəyişdirilərək "AzVirt" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırıldı. İlk öncә Bakı әrazisindә şәhәr yollarının tikintisi ilә mәşğul olan şirkәt, zaman keçdikcә yol vә hava limanı infrastruktur layihәlәri üzrә tam xidmәt göstәrәn beynәlxalq şirkәtә çevrildi.

 

    "AzVirt" Azәrbaycanın әn böyük vә tanınmış yol tikinti şirkәtlәrindәn biridir. Yarandığı tarixdәn başlayaraq 20 ilə yaxın müddәt әrzindә "AzVirt" regionda nәqliyyat infrastrukturunun inkişafı üçün getdikcә artan tәlәblәri qarşılamaq mәqsәdi ilә sürәtlә böyüyüb vә fәaliyyәt dairәsini genişlәndirib. Hal-hazırda "AzVirt" aşağıdakı xidmәtlәr üzrә ixtisaslaşıb:

             Avtomobil yollarının tikintisi, yenidәnqurulması vә tәmiri.

 

             Körpülәrin, yol ötürücülәrinin vә digәr süni qurğuların tikintisi, yenidәnqurulması vә tәmiri.

 

             Hava limanları üçün terminalların, uçuş-enmә zolaqlarının, sükan yollarının vә perronun tikintisi, yenidәnqurulması vә tәmiri.

 

             Tikinti materiallarının istehsalı.

 

             Layihәlәndirmә işlәri.

 

       "AzVirt" müştәrilәrinә çöl-axtarış (geodeziya), layihәlәndirmә vә tikinti işləri daxil olmaqla kompleks xidmәtlәr tәqdim edir.

 

      Zәngin iş tәcrübәsi vә yüksәk keyfiyyәt standartlarına nail olmaqla, "AzVirt" regionun әn böyük tikinti layihәlәrindә baş podratçı kimi iştirak edir.

 

      Şirkәt tikdiyi avtomobil yollarının yüksәk beynәlxalq tәlәblәrә cavab vermәsi üçün ilk növbәdә dünyanın inkişaf etmiş ölkәlәrinin bu sahәdә yüksәk elmi nailiyyәtlәri vә qabaqcıl tәcrübәsini öyrәnәrәk öz fәaliyyәtindә tәtbiq edir. "AzVirt" Azәrbaycanda ilk dәfә olaraq qırmadaş-mastikalı vә polimerli asfaltbeton qarışığını tәtbiq edәn şirkәtdir. İstehsal edilәn asfaltbetonun tәrkibindә aktivlәşdirilmiş mineral tozlardan istifadә edilir.

 

      Şirkәtin mәqsәdi bütün texniki, iqtisadi vә estetik parametrlәri nәzәrә alaraq müştәrini tәlәblәrini qarşılamaq üçün әn yaxşı hәll yollarını tapmaqdır. Dürüstlük vә sәmimi iş әlaqәlәrinә әsaslanaraq, eyni zamanda yüksәk keyfiyyәtli iş vә peşәkarlıq nümayış etdirәrәk, Şirkәt әmәkdaşlıq anlayışını daim yüksәk tutur.

    

     Şirkәt işçilərinin peşәkarlığı işin hәr bir sahәsindә möhkәmlәnmiş aşağıdakı dәyәrlәrdәn qaynaqlanır: Keyfiyyәt, Tәhlükәsizlik, İnam, İnnovasiya, Komanda İşi, Mәsuliyyәt vә Daim Öyrәnmәk.

   

      Yaranmasından sonra qısa müddәt әrzindә әn yüksәk keyfiyyәt nümunәlәri sәrgilәyәn şirkәt öz fәaliyyәt sahәsini genişlәndirәrәk hava limanlarının tikintisi işlәrinә vә beynәlxalq әhәmiyyәtli layihәlәrә cәlb olundu. Buna misal olaraq 1998-ci ildә yerinә yetirilmiş Almaniya Hökumәtinin Bakı Aeroportuna ilkin kömәk proqramı çәrçivәsindә maliyyәlәşdirdiyi “Bakı Aeroportunda Boeing-747 tәyyarәlәri üçün yönlәndirici yolların vә dayanacaqların tikintisi”, 2001 - 2002-ci illәrdә “Bakı Aeroportuna giriş yolunun tikilmәsi”, 2003-cü ildә “Azalhelikopter şirkәti üçün giriş yolunun vә vağzalyanı әrazinin yenidәnqurulması”, 2003 - 2004-cü illәrdә “Bakı Aerportunda ağır tipli tәyyarәlәr (400 ton vә daha ağır) üçün perron vә sükan yollarının tikintisi”, 2003 - 2006-cı illәrdә “Bakı Aeroportunda yük terminalına gedәn yolun tikintisi”, 2003 - 2006-cı illәrdә “Bakı Aerportunda yeni sükan yollarının tikintisi vә kommunikasiya xәtlәrinin köçürülmәsi”, 2003 - 2006-cı illәrdә “Heydәr Әliyev Beynәlxalq Hava Limanında kompleks yenidәnqurma” işlәrini göstәrmәk olar. Eyni zamanda 2004 - 2006-cı illәrdә “Şәmkir – Qazax avtomobil yolunun tikintisi” layihәsini hәyata keçirmәklә Qәdim İpәk Yolunun bәrpası mәqsәdi ilә hәyata keçirilәn TRACECA (Avropa-Qafqaz-Asiya Nәqliyyat Dәhlizi) kimi böyük beynәlxalq layihәdә iştirak etdi.

 

       2004-cü ildә "AzVirt" Azәrbaycanda Mәhdud Mәsuliyyәtli Cәmiyyәt kimi yenidәn qeydiyyatdan keçdi.

 

      Azәrbaycan Respublikasının prezidenti tәrәfindәn tәsdiq olunan “Regionların Sosial-İqtisadi İnkişafı Proqramı” çәrçivәsindә 2004-2008-ci illәr әrzindә Azәrbaycanın bütün regionlarını әhatә edәn “Gәncә hava limanının uçuş-enmә zolağının, perronun, yönәldici yolların vә Gәncә-Qazax yolundan hava limanına qәdәr asfaltbeton yolun yenidәnqurulması”, “Lәnkәran Hava Limanının, aerodrom әrazisinin, yük terminalının әtrafının vә hava limanına giriş yolunun tikintisi”, “Zaqatala Hava Limanının aerodrom әrazisinin, yük terminalının әtrafının, vağzalyanı meydanın vә hava limanına giriş yolunun tikintisi” kimi strateji әhәmiyyәtli layihәlәr bizә hәvalә olunmuşdur. Daha sonra, 2011-ci ildә "AzVirt" Qәbәlә şәhәrindә bütün standartlara cavab verәn Beynәlxalq Hava Limanını bir il әrzindә tikdi vә tәhvil verdi. Bununla da "AzVirt" ölkәmizdә Şәrq-Qәrb, Şimal-Cәnub nәqliyyat dәhlizlәrinin hәyata keçirilmәsindә fәal rol oynadı.

 

     2011-ci ilin mart ayında "Heydər Əliyev Beynəlxalq Hava Limanında Yeni uçuş enmə zolağının tikintisi" işlərinə başlanılmış və 20 aprel 2012-ci il tarixdə uzunluğu 400 m, eni 75 m olan uçuş-enmə zolağının açılışı olmuşdur.

 

    2014-cü il aprelin 23-də "Heydər Əliyev Beynəlxalq Hava Limanında Yeni Aerovağzal Kompleksinin tikintisi, Hava Nəqliyyatı Nəzarət Qülləsinin tikintisi, Mövcud Aerovağzal Terminalının yenidənqurulması" layihəsi çərçivəsində yeni aerovağzal kompleksinin açılışı olub. 6 miliyon sərnişini daşıma gücünə malik olan yeni aerovağzal kompleksinin sahəsi 65.000m2-dir. Təyyarə qanadları formasında olan dördmərtəbəli möhtəşəm aerovağzal binası memarlıq görünüşü ilə diqqəti cəlb edir. Layihənin həyata keçirilməsində məqsəd sərnişin və yük daşınmaları ilə bağlı xidmətin səviyyəsini daha da yüksəltmək, eləcə də təyyarə uçuşlarının təhlükəsizliyini dünya standartlarına uyğunlaşdırmaqdır.

 

     2006-cı ildәn başlayaraq "AzVirt", “Şәmkir-Qazax”, “Böyük Şor dairәsi-Heydәr Әliyev Beynәlxalq Hava limanı-Mәrdәkan-Bilgәh”, “Bilgәh-Novxanı-Sumqayıt”, “Buzovna-Mәrdәkan-Qala”, “Qala-Pirallahı”, “Qәbәlә-Ağdaş (km 0,0÷22,0)” avtomobil yollarının yenidәnqurulması, “Dövlәt Bayrağı Meydanına gedәn yolun әsaslı tәmiri” layihәlәrini vә bu layihәlәr çәrçivәsindә bir sıra körpü vә tunellәri (Sabunçu körpüsü, Suraxanı qovşağındakı körpü, Hava limanı qovşağındakı körpü, Binә qovşağındakı asma körpü, Mәrdәkan yol qovşağında körpü vә tunel, Buzovna qovşağında tunel vә yol ötürücüsü, Kardiologiya Mәrkәzinin qarşısındakı tunel vә s.), yeraltı vә yerüstü piyada keçidlәrini tikmәklә ölkәmizdә avtomobil yolları şәbәkәsinin inkişaf etdirilmәsinә öz layiqli töhfәsini verir.

 

     Durmadan böyüyәn vә inkişaf edәn "AzVirt" Rumıniya, Serbiya, Qazaxıstan, Latviya, Montenegro kimi ölkәlәrdә filiallarını açıb vә bu ölkәlәrdә magistral yolların tikintisi üzrә layihәlәri hәyata keçirir.

 

    "AzVirt" Serbiya Respublikasında “E 763 Belqrad-Juzni Jadran magistral yolunun Ljig-Prelina hissәsinin tikintisi” layihәsini yerinә yetirmәklә özünün fәaliyyәt mәkanını genişlәndirmәk vә biznes maraqlarını tәmin etmәkdәn başqa, daha çox iki ölkә arasında iqtisadi münasibәtlәrin inkişafında iştirak edir vә bu missiyanı layiqincә yerinә yetirir.

 

      Peşәkar kadrların hazırlanması, tәkmillәşdirilmәsi müәssisәnin kadr siyasәtinin әsasını tәşkil edir. Hazırda müәssisәdә 1500-dәn çox әmәkdaş çalışır. Onların arasında Azәrbaycan vәtәndaşları ilә yanaşı Almaniya vә Türkiyәdәn dә mütәxәssislәr çalışırlar. AzVirtin kadr siyasәtinin әsas mәqsәdi yol tikinti sәnayesini yüksәk hazırlıq sәviyyәsi olan peşәkarlarla tәmin etmәkdir. İşçilәr arasında hәm işin elmi-nәzәri, hәm dә praktiki aspektlәrinә hәr tәrәfli bәlәd olan mütәxәssislәr çalışırlar. AzVirtin rәhbәrliyindә texniki elmlәr doktoru (professor) vә texniki elmlәr namizәdi kimi yüksәk ixtisaslı mütәxәssislәr vardır ki, onlar öz elmi araşdırmaları ilә şirkәtin işinә yeni impuls verirlәr. Bu elmi-praktik araşdırmalar nәticәsindә müxtәlif mütәrәqqi texnologiyalar tәtbiq edilir.

 

       "AzVirt" ölkә iqtisadiyyatının bir hissәsi olmaqla yanaşı beynәlxalq tikinti bazarına da öz töhfәlәrini vermәyә çalışır.

 

 

"AzVirt" MMC-nin İdarə Heyəti

PROF.ƏLİ ƏLİYEV

Baş Direktor

KAMİL ƏLİYEV

İctaçı Direktor

MANFRED MARTİN

Texniki Direktor

ELNUR ƏLİYEV

Maliyyə Direktor

ŞİRİYEV CƏFƏRAĞA

Baş mühəndis

"AzVirt" MMC © 2015 • Privacy Policy

  • Facebook - Grey Circle
  • LinkedIn - Grey Circle
  • Google+ - Grey Circle
bottom of page